Xalq Artisti Fuad Poladov ilk dəfə romantik -“Nazlı” komediya filmində

Tammetrajlı romantik komediya janrında ekranlaşdırılan “Nazlı” filminin çəkilişləri davam edir.

Etikxeber.az xəbər verir ki, quruluşçu rejissoru Rəhman Rafiqoğlu olan ekran əsərində Xalq Artisti Fuad Poladov da çəkilir. Bununla da F.Poladov ilk dəfə romantik komediya filmində rol alıb.

Bundan əlavə, filmdə Xalq artistləri Arif Quliyev, Məbud Məhərrəmov, Əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova, Fərid Əliyev, aktyorlar Sadiq Əhmədov, Eldar Bağırbəyov, Xatirə Süleymanova, Şahin Sərkərov, Azər Aydəmir, Nigar İbrahimova, gənc debütant aktyor Murad Əzimov və digər aktyorları görmək olacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş prodüseri Murad Məhərrəmlidir.

Etikxeber.az

Read Previous

“Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti olacaq

Read Next

“200 min hektar əkin sahəsi uzun müddətdir istifadəsiz saxlanılır ki…”- Millət vəkili

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir