Xalq Artisti Həbib Bayramovun xatirəsi yad ediləcək

Noyabrın 29-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq Artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və muzeyin birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində unudulmaz tarzənin sənət yolundan bəhs edən fotosərgi açılacaq və respublikanın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Etikxeber.az

Read Previous

Ukrayna da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

Read Next

Sürücülərə ciddi xəbərdarlıq edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir