Xalq artisti Lütfi Məmmədbəyov yad olunacaq

Fevralın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq Artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə unudulmaz aktyorun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

L.Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb. Böyük və şərəfli aktyorluq məktəbi keçən sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır.

Etikxeber.az

Read Previous

Fevralın 21-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Milli Dram Teatrında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş iki tamaşa hazırlanır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0