Xalq Artisti Oqtay Rəcəbovun yubileyinə həsr olunan tədbir keçiriləcək

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, professor Oqtay Rəcəbovun 75 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Gecədə sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, sənət fəaliyyətindən danışılacaq.

Musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan bəstəkar “Göyçək Fatma” cizgi film-operası, “Xeyir və Şər” uşaq operası, 4 saylı simfoniya, simli orkestr üçün 5 saylı simfoniya, “Əlin cibində olsun” musiqili komediyalarının müəllifidir.

O, həmçinin “Ağ atlı oğlan”, “Vüsal günləri” filmlərinə bəstələnmiş musiqinin müəllifi kimi də tanınır. Bundan əlavə, O. Rəcəbov “Musiqi və mənəvi tərbiyə”, rus dilində birinci və ikinci siniflər üçün yazılmış “Musiqi” dərsliklərinin və digər məqalə və kitabların müəllifidir.

Etikxeber.az

Read Previous

Yaşar Nuri “Səhnədə keçən ömür”də anıldı

Read Next

Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyona yaxın vəsait yığılıb – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir