Xalq artisti “Sevil” operasında Balaş obrazını canlandıracaq

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, səhnə əsərində ilk dəfə olaraq Balaş obrazını Xalq Artisti Samir Cəfərov ifa edəcək. Onun səhnədə tərəf müqabilləri İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əkrəm Poladov və başqaları olacaq.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Etikxeber.az

Read Previous

FHN ilə İranın müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olundu

Read Next

Atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir