Xalq artisti və Əməkdar artist Sidneydə konsert proqramı ilə çıxış edəcək

Yanvarın 21-də dünya şöhrətli muğam ifaçımız, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Avstraliyanın Sidney şəhərində konsert proqramı ilə çıxış edəcəklər.

Etikxeber.az xəbər verir ki, konsert yanvarın 7-də start götürən Sidney festivalı çərçivəsində baş tutacaq.

Konsertin afişasında görkəmli ifaçımız haqqında: “Alim Qasımov yaşayan ən möhtəşəm müğənnilərdən biridir” ifadəsi yer alıb.

Qeyd edək k, Sidney festivalı yanvarın 29-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Yağan güclü qar səbəbindən 277 daxili və xarici reys ləğv edildi

Read Next

“Səbail” Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir