Xalq artisti Yaşar Nurinin xatirəsi anılacaq

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışılacaq. Mərasimdə sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunacaq.

Qeyd edək ki, teatr aktyoru kimi tanınan Y.Nuri, həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazanan çoxlu ekran obrazları var. Sənətkar 50-dək bədii filmə çəkilməklə yanaşı, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada və satirik səhnəciklərdə iştirak edib, böyük tamaşaçı auditoriyası qazanıb.

Etikxeber.az

Read Previous

Əl yüklərindən soyuq silahlar çıxdı – FOTOLAR

Read Next

“Klintonun oğluyam – Hillari mənim ögey anam və Chelsea isə mənim qardaşımdır” – İDDİA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir