Xalq artistlərindən-DEPUTATLIĞA NAMİZƏDƏ DƏSTƏK – FOTOLAR

Deyə bilərsinizmi, hansı seçki dairəsində bu qədər məşhur seçici yaşayır? Hamımızın sevimlisi, hansı rolu oynayır oynasın, qəlbimizdə Gülnar obrazı ilə yer tutmuş əzizimiz Firəngiz Mütəllimovanın qonağı olduq.

Etikxeber.az xəbər verir ki, bunu namizədliyi  Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal III Seçki Dairəsindən irəli sürülən deputatlığa namizəd Elnur Allahverdiyev deyib.

O, qeyd edib ki, Firəngiz xanım çox fəal seçicidir, özü də istisnasız olaraq YAP-ın seçicisidir:

“Qəfil gəlişimiz onun üçün xoş sürpriz oldu. Deyir, ilk dəfədir evimə namizəd qonaq gəlib. Yaxşı ki, varsınız, Firəngiz xanım!”

***

“Seçicimiz, canlı korifeyimiz, sevimli sənətkarımız Aftandil İsrafilov qonağımız idi. Deyir, kənardan dəstək verməklə rahatlıq tapa bilməzdim. Təşəkkür edirik, Aftandil müəllim!”

Bunu da E.Allahverdiyev qeyd edib.

Qeyd edək ki, E. Allhaverdiyev hazırda Heydər Əliyev Mərkəzinin direktorunun  müşavirdir.

Onu da qeyd edək ki, E. Allahverdiyev əslən zərdablı olan  sabiq deputat, mədəniyyət nazirinin eks müavini, keçmiş Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının  sabiq sədri-mərhum Marat Allahverdiyevin oğludur.

Etikxeber.az

Read Previous

“Məsələni Təhsil Nazirliyinin diqqətinə çatdırıblar,amma…” – LƏMAN ƏLƏŞRƏFQIZI -FOTOLAR

Read Next

Pərvin Kərimzadə görüşlərini davam etdirir – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir