“Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb…” – ADİL ƏLİYEV

“Şərqdə ilk demokratik, dünyəvi dövlət olan, habelə öz demokratik dəyərlərinə görə, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə öndə gedən Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.Qısa müddət ərzində bir çox uğurlu işlərə möhürünü vuran Xalq Cümhuriyyətinin ömrü az olsa da bizlərin fəxarətinə çevrilib”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Adil Əliyev deyib.

O, bildirib ki, bu gün məhz  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünü qeyd edirik.

“Bu münasibətlə xalqımızı,dövlətini sevən,daim dövlətçilik prinsiplərindən çıxış edən həmvətənlərimi təbrik edirəm.

Allahdan Ramazan ayına xatir, arzulayıram ki,müstəqil Azərbaycanın səsi daim zirvələrdən gəlsin, suverenliyimiz əbədi olsun,100- illiyimizi Xankəndində, Şuşada keçirmək qismət olsun inşallah!”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Müstəqil Azərbaycanı yaratdıqları üçün bütün tarixi şəxsiyyətlərimizi şükranlıq hissilə anırıq” – DEPUTAT

Read Next

Melaniya Bricitti “qısqandı”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir