Xalq rəssamı Elbəy Rzaquliyevin xatirəsi anılacaq

Dekabrın 14-də Dövlət Film Fondunda Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim ediləcək.

Gecədə “Yaddaş” sənədli filmlər studiyasında lentə alınan rejissor Mübariz Nağıyevin görkəmli sənətkara həsr etdiyi “Arzularını çəkən rəssam” sənədli filmi nümayiş olunacaq.

Qeyd edək ki, Elbəy Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə sərgilənir.

Etikxeber.az

Read Previous

Həmsədr ölkələrinin XİN rəhbərləri Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar

Read Next

Avroliqada qrup mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir