Xalq şairi-MUSA YAQUB 84 YAŞINDA DÜNYASINI DƏYİŞDİ…

Xalq şairi Musa Yaqub vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O, Xalq şairinin İsmayıllının Buynuz kəndində dəfn olunacağını bildirib. M. Yaqub sabah günorta saatlarında torpağa tapşırılacaq.

Allah rəhmət etsin!

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.

Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.

1995-2000-ci illərdə ilk çağırış Milli Məclisin üzvü olub.

2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülüb.

Etikxeber.az

Read Previous

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər-HƏBS EDİLDİ – VİDEO

Read Next

Bir qrup mədəniyyət və incəsənət xadiminə Prezidentin fərdi təqaüdü və mükafatları-TƏYİN OLUNUB – SƏRƏNCAM(LAR) – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir