Xalq yazıçısı, sabiq millət vəkili və keçmiş səfir- 2-Cİ DƏRƏCƏLİ “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAM – YENİLƏNİB

Xalq yazıçısı, sabiq millət vəkili və Azərbaycanın Ukraynadakı keçmiş səfiri Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Elmira Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

***

Qeyd edək ki, sabah-26 may tarixi Elmira Axundovanın yubiley doğum günüdür.

Onun 70 yaşı tamam olur.

Elmira Axundova 3 çağırış Milli Məclisin (MM) üzvü olub.

2018-ci ilin 25 may tarixində-yubiley doğum günündən bir gün öncə “Xalq yazıçısı” fəxri adı ilə təltif olunub.

2020-2023-cü illərdə isə Azərbaycanın Ukraynadakı səfiri olub.

Sərəncamla bağlı Elmira Axundova açıqlama vermək istəmədiyini, yaxın günlərdə dövlət başçısının adına təşəkkür cavabı yazacağını dilə gətirib.

Etikxeber.az olaraq, həm məlum Sərəncam, həm də yubiley doğum günü ilə bağlı Elmira Axundovanı təbrik edir, ona ictimai-siyası və şəxsi həyatında, yaradıcılığında növbəti uğurlar arzulayırıq.

Etikxeber.az

Read Previous

Əliyev Putinin dəvəti ilə Moskvada işgüzar-SƏFƏRDƏ – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin iki övladından biri, evin tək və subay oğlu-Azərbaycan Ordusun Əsgəri- QARADAĞLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RUSLAN ABBASOVUN BU GÜN 23 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir