Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin ağsaqqallarla görüşü olub.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə iştirak edən el ağsaqqalları bildiriblər ki, Ziyad Səmədzadənin elmi tədqiqatları, yazdığı onlarla kitab Azərbaycan elminə böyük töhfədir.
O, seçiciləri tərəfindən qaldırılan problemlərin həlli istiqamətində səylərini əsirgəməyib.
Ağsaqqallar Ziyad Səmədzadənin xalqımızın firavan həyatı naminə yorulmadan çalışdığını, yalançı vədlər vermədiyini vurğulayıb, onun namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Görüsdə millət vəkilliyinə namizəd Ziyad Səmədzadə çıxış edərək bildirib ki, xalqa xidmət etməkdən böyük qürur hissi keçirir.
Ona növbəti dəfə etimad gösteriləcəyi təqdirdə də seçicilərin problemlərinin həllində yaxından iştirak edəcəyini vurğulayıb.
Görüşdən fotoları təqdim edirik:
Etikxeber.az