Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bizləri tarixi 11 aprel 2018-ci il prezident seçkilərindən artıq bir il ayırır. Düz bir il öncə Azərbaycan xalqı növbəti dəfə seçki məntəqələrinə, necə deyərlər, sandıq başına gedərək, özlərinin gələcəyinə, gələcək inkişafına, 7 illik müddətinə talelərini etibar edəcək şəxsə səs verdilər. Müdrik və qədbirbilən xalqımız yenə də Ümummilli lider Heydər Əliyev kursuna və son 15 il ərzində onun kursunu, daxili və xarici siyasətini uğurla, layiqincə yerinə yetirən ölkə prerzidenti cənab İlham Əliyevə səs verdilər, etimad və etibar göstərdilər. Xalqımız, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti 11 aprel seçkilərində dövlətimizlə, dövlət başçısı ilə bir daha birgə, vahid olduğunu göstərdi, nümayiş etdirdi.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, 11 aprel seçkilərindən sonra yaşananlar, baş verən hadisələr, inqilabi xarakterli addımlar, geniş vüsət alan islahatlar prosesi bir daha göstərdi ki, Azərbaycan seçiciləri, Azərbaycan xalqı müdrik seçim edib və öz seçimlərində də yanılmayıblar.
“Son bir ildə yaşananları, islahatlar prosesini 27-28 illik müstəqillik tariximizdə birmənalı olaraq, yeni mərhələ adlandıra bilərik. Hər bir sahədə uğurlar, nailiyyətlər göz önündədir. Hər bir məsələnin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun mövqeyi, mənafeyi dayanır. Hər bir addım Azərbaycan vətəndaşı naminə edilir və atılır. Şəhid ailələri, Qarabağ əlilləri, qaçqın və məcburi köçkünlər, əməkhaqlarının, əmək pensiyalarının, təqaüdlərin artırılması ilə bağlı atılan addımlar, 2015-ci ildən bu yana cəmiyyət üçün böyük yükə çevrilmiş və ən azı 800 min vətəndaşımızı əhatə edən problemli kreditlərlə bağlı tarixi və dünyada analoqu olmayan fərmanın imzalanması, ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar dövlət tərəfindən kompensasiyaların verilməsi və sair və ilaxır, bunlar hamısı Azərbaycan dövlətinin və cənab prezidentin öz vətəndaşına olan münasibətinin əyani nümunəsidir.
Yəni, deməkdə məqsədim odur ki, əslində başqa seçim etməyə də haqqımız yox idi, bu, bizi növbəti dəfə çıxılmazlıqlara, məhrumiyyətlərə gətirib çıxara bilərdi. Odur ki, xalqımız bir daha hələ 2003-cü ildə andiçmə mərasimində “Mən hər bir azərbaycanlının prezidenti olacağam”- deyən cənab Ilham Əliyevə səs verdi, növbəti 7 illik taleyini də ürəklə, həvəslə ona etibar etdi. Bu əlamətdar gün, 11 aprel seçkilərinin bir ilinin tamam olması münasibəti ilə öz adımdan, seçicilərim adından cənab prezidenti təbrik edir və deyirik ki, nə yaxşı ki varsınız, cənab prezident!”–deyə, millət vəkili sonra bildirib.
Millət vəkili Eldəniz Səlimov da 11 aprel seçkilərini və ötən bir ili müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi və önəmli bir mərhələ adlandırıb.
Qeyd edib ki, bu, elə bir mərhələ və dövrdür ki, hələ uzun illər xatırlanacaq, yaddaşlarda, hafizələrdə özünə möhkəm yer edəcək.
Millət vəkilinin dediyinə görə, 1993-cü ilin yayından, sabiq dövlət başçısı, mərhum Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bəzi problemlərə rəğmən, Azərbaycan dövləti və xalqı özünün tarixində əsl inkişaf, əsl müstəqillik dönəmi yaşamaqdadır:
“26 il ərzində böyük yol keçilib, böyük inkişaf məsafəsi qət edilib. Azərbaycan dünyanın lider dövlətləri sırasına qalxıb, yüksəlib, imzasını imzalar içində tanıda və tanıtdıra bilib. Azərbaycan milli və dini tolerantlıq məkanına, siyasi, mədəni, diplomatik, hərtbi, humanitar dialoq mərkəzinə çevrilib. Xüsusilə də, 2003-cü ilin oktyabr ayından, cənab prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu uğurlar, bu müvəffəqiyyətlər yeniləri, növbətiləri ilə möhkəmləndirilib, qüvvətləndirilib. Ancaq 11 aprel seçkilərindən sonra yaşananlar, xüsusilə də, 2019-cu ilin ilk 4 ayı ərzində baş verən hadisələr özünəməxsusluğu, müstəsnalığı, bənzərsizliyi ilə seçilir və fərqlənir.
Bu dövrü, bu mərhələni izah etmək, olanları təsəvvür etmək üçün səmimi şəkildə deyirəm, sözlər və kəlmələr belə aciz qalır. Elə bir miqyasda, elə bir yüksək səviyyədə işlər görülüb, görülür və görülməkdədir ki, onları sözlə ifadə etmək olmur. Bu işlərin təşkilatçısı, təşəbbüskarı, icraçısı isə əlbəttə ki, cənab prezident İlham Əliyevdir. Bunlar onun tarixi xidmətləri, əsərləridir.
Bunları yalnız İlham Əliyev edə bilərdi və etdi də, edir də. Odur ki, cənab prezidenti 11 aprel seçkilərinin bir ilinin tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona şəxsi və siyasi həyatında, Azərbaycan naminə yorulmaz fəaliyyətində növbəti zəfərlər arzulayıram. Allah müstəqil Azərbaycanımızı, müdrik Xalqımızı və müdrik Liderimizi qorusun!”.
K. HƏMZƏOĞLU
Etikxeber.az