“Xalqımıza xas olan humanizm, yardımlaşma ənənələrinə sadiq qalaraq…”-MİLLƏT VƏKİLİ KİMLƏRƏ TƏŞƏKKÜR ETDİ, KİMLƏR ONU DUYĞULANDIRDI?

Xalqımıza xas olan humanizm, yardımlaşma ənənələrinə sadiq qalaraq, bu günlərdə sözün əsil mənasında birlik, bərabərlk nümayiş etdirən hər bir soydaşımıza minnətdarıq. Koronavirus bəlasından tezliklə və asanlıqla xilas olmağımız üçün Azərbaycan dövlətinin atdığı addımlara öz əməlləri ilə dəstək verən, ehtiyacı olanlara yardım edən, bu savab iş üçün əl-ələ tutan hər bir xeyirxah insanımızla fəxr edirik. Zərdab rayonunda Rayon İcra Başçısının, YAP yerli təkilatının, sahibkarların, digər rəsmi şəxslərin, ayrı-ayrı vətəndaşların başlatdıqlatı xeyirxahlıq aksiyaları davam edir. Rayonun Pərvanlı kəndindən Mollayev Şaiq qardaşımız bütün dünyanın böyük bir imtahan qarşısında qaldığı bu çətin zamanda öz kəndinin imkansız ailələrinə böyük miqdarda ərzaq yardımı edib. Hələ üstəlik o, bir-neçə gündür öz mağazasından çörəyi təmənnasız paylatdırır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Zərdab şəhərində yaşayan və mənim köməkçim olan Firdovsi Eyvazov isə öz aylıq məvacibiylə ərzaq bağlamaları hazırlayaraq, ehtiyacı olan ailələrə hədiyyə edib. Bunu da qeyd etmək istəyirəm ki, onun həyat yoldaşı Gülşən müəllimə uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Ailənin maddi, mənəvi və fiziki resurslarını səfərbər etdiyi bir məqamda Eyvazovun köməyə ehtiyacı olanları düşünməsi məni çox duyğulandırdı. Allahdan Gülşən müəlliməyə və bütün xəstə yatağında yatanlarımıza şəfa diləyirik. Hər iki qardaşımıza isə təşəkkür edir, allah əvəzini versin, deyirik!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ölkəmizdə koronavirusdan ölənlərin sayı 11-ə çatdı, DAHA 67 YOLUXMA QEYDƏ ALINDI…

Read Next

Ombudsman və Milli Koordinator nə vaxt parlamentə hesabat verəcək?-YENİ MİLLİ KOORDİNATOR KİM OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir