Xanım Klinton əleyhinə çıxdı…

Yaponiya kütləvi-informasiya vasitələrinin yaydığı məlumata əsasən, Demokratik Partiyadan ABŞ prezidenti vəzifəsinə namizəd Hillari Klinton sentyabrın 19-da Nyu-Yorkda Baş nazir Şinzo Abe ilə görüşüb.

Etikxeber.az AZƏRTAC-a xəbər verir ki, görüşdə ABŞ-Yaponiya ittifaqının möhkəmləndirilməsinin tərəfdarı olan H.Klinton azad ticarət barədə regionun 12 dövlətinin iştirakı ilə yaradılması nəzərdə tutulan Trans-Sakit okean Tərəfdaşlığı (TPP) paktının ratifikasiyasının əleyhinə olduğunu bildirib.

NHK televiziya kanalının verdiyi məlumat görə, söhbət zamanı yapon hökuməti Sakit okean regionunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TPP barədə razılaşmanın tezliklə fəaliyyətə başlamasının zəruriliyini bildirib. Lakin H.Klinton bunun cavabında cari ilin fevralında imzalanan sənədin konqres tərəfindən ratifikasiyasının əleyhinə olduğunu deyib. O, qeyd edib ki, TPP-də nəzərdə tutulan tədbirlər ABŞ-da məşğulluq məsələsinə zərbə vura bilər.

Görüşdə, eyni zamanda Vaşinqton və Tokionun hərbi-siyasi ittifaqının gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Prezident Barak Obama səlahiyyət müddəti başa çatanadək ABŞ, Yaponiya, Avstraliya, Vyetnam, Kanada, Meksika kimi ölkələr arasında ticarətin, kapitalın və texnologiyaların geniş dövriyyəsinə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan TPP razılaşmasının konqresdə ratifikasiyasına çalışır. Həmin region dünya ÜDM-nin 40 faizini, ticarətin isə 25 faizini əhatə edir.

Etikxeber.az

Read Previous

Birinci ledi Parisdə “Azərbaycan şəhərciyi”ni açdı

Read Next

Məmmədyarov: “Azərbaycan Ermənistandan xoş niyyətlə danışıqlara başlamağı gözləyir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir