Xanım millət vəkili tək övladını belə təbrik etdi: “ON OĞULA ƏVƏZ”

Millət vəkili, professor Jalə Əliyevanın üç oğul anası olan tək övladının-həkim qızının, Müjgan xanımın doğum günüdür.

Millət vəkili öz sosial şəbəkə hesabında paylaşdığı statusunda qızını tədrik edib.

Etikxeber.az həmin statusu təqdim edir:

“Bir dənəm, on oğula əvəz – qolum, qanadım, əlim, ayağım, həyanım, anlayanım – Müjganım!

Doğum günün mübarək, qızım.

Tanrıma minnətdaram ki, Varımsan!

Sənə və bütün övladlara səadət, huzur dolu həyat arzulayıram!

Nənənin sənə sən 6 yaşında ikən ithaf etdiyi şeiri bu gün həm nənənin adından, həm də öz adımdan paylaşıram:

Müjganım!

Müşkü-ənbərim!

Müjganım!

Gözlərim, ürəyim, canım, həyanım!

Müjganım!

Dəryalarca ağıllım, nağıllım!

İşığım, nurum günəşim, ayım!

Məni anıb duyanım!

Duyub da anlayanım!

Sənsiz olunca ölləm,

Ölərsəm bil, dirilləm!

Ovcumun içindəki

Kiçicik o əlllərin

Otağımı isidər.

Quş təkin qanad açıb

Çırpınan o ürəyin

Mənə həyat gətirər!

Dünya sənlə nə şirin,

Nə şirindir, Müjganım!

Eşqim, sevgim, qanadım!

Gözəl, çöyçək Müjganım!

1996-cı il”

Təbrik edirik!

Etikxeber.az

Read Previous

Siz kimi ittiham edir, kimə nifrin yağdırırsınız…ay gülməşəkərlər-QAZİ ELNURUN KİM OLDUĞUNU, NƏLƏR YAŞADIĞINI BİLİRSİNİZMİ??? – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Azərbaycan Ordusunun Ermənistan SQ-nin mövqelərinə atəş açması xəbəri yalandır-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir