Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ailəmiz Kamran balamın növbəti uğurunun sevincini yaşayır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva öz Facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
“O, Böyük Britaniyanın İnnovativ Dünya Məktəbinə (İWS – İnnovativ World School ) qəbul imtahanında mümkün olan 100 baldan 92-sini toplayaraq gümüş medal sertifikatı qazanıb.

Göstərdiyi yüksək nəticəyə görə Kamran qızıl təqaüdə layiq görülüb və illik ödənişin 20%-dən azad edilib. Səninlə qürur duyuruq, ağıllı-kamallı Kamranım! Hər zaman öz zəhmətinlə, öz zəkanla ucal!
Tanrım səni və bütün övladları qorusun!”-deyə, millət vəkili sonra qeyd edib.
Qeyd edək ki, Kamran Muradov millət vəkili Jalə Əliyevanın tək qız övladı Ahu Müjgan Muradovanın üç oğlan övladından biridir.


Etikxeber.az





