“Xankəndinin statusu bərpa edilsin, həkim və hərbçilərin maaşları artırılsın, faiz dərəcələri aşağı salınsın”-AYDIN MİRZƏZADƏDƏN ÖNƏMLİ TƏKLİFLƏR

Artıq Xankəndinin statsu bəpa edilməlidir.

Etikxeber.az xəbər verir ki, bu təkliflə parlamentdə büdcə müzakirələri zamanı Aydın Mirzəzadə deyib.

O, bildirib ki, eyni zamanda, müvafiq nazirliklərin Xankəndi şəhərində yerli şöbələri yaradılmalıdır.

Bununla yanaşı, 2021-ci ilin büdcəsində Xankəndi ilə bağlı ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır.

Millət vəkili həmçinin təklif edib ki, həkimlərin və hərbçilərin maaşları artırılsın, bu məsələ diqqətdə saxlanılsın.

A. Mirzəzadə çıxışında Mərkəzi Bankdan yenidən bank faizlərinin, faiz dərəcələrinin aşağı salınması məsələsinə baxmağı xahiş edib.

“Hesab edirəm ki, nə qədər narazılıq olsa da, vətəndaşların yenə üz tutduğu Azərbaycan banklarıldır. Ona görə yaxşı olardı ki, Mərkəzi bank faizlərinin, faiz dərəcələrinin aşağı salınması məsələsinə baxsın və bu yöndə müsbət qərar qəbul etsin. Çünki bu, çox ağrılı bir məsələdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili çıxışı zamanı Mingəçevirdə hərbi liseyin açılmasını da təklif edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İşğalçı dövlətin rəhbəri, bir qayda olaraq, dərsini yaxşı bilməyən uşaq durumunda qalırdı…”-FATMA YILDIRIM

Read Next

“Şuşa fatehi Şuşanı görmədən ölməməlidir…”-ELŞƏN MUSAYEV QAZİ NATİQ MAHMUDOVUN SƏHHƏTİ İLƏ HÖKÜMƏTƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir