“Xankəndi və Xocavəndin artilleriya atəşinə tutulması barədə məlumat yalandır… Azərbaycan PUA-ları Ermənistan üzərində uçuşlar həyata keçirmir…”-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (2)

Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır:

“Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir”.

***

“Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır”.

MN-dən bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.

***

“Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat xülyadır”

“Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur”.

MN-dən qeyd edilib ki, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir:

“Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq”.

***

“Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”

“Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır”.

MN-dən verilən məlumata görə, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.

Etikxeber.az

Read Previous

“Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik…”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir