“Xaricdə yaşayan soydaşlarla bağlı yeni qanun layihəsi hazırlanır” – RAFAEL HÜSEYNOV

“Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin sədri, akademik  Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

R. Hüseynov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan  və səbrsizliklə gözləyirlər.

Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək.

Onlara vəsiqə verilməsi də nəzərdə tutulur.

Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”-deyən R.Hüseynov əlavə edib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Nazirlik Prezidentin Sərəncamı ilə bağlı – AÇIQLAMA YAYDI

Read Next

Millət vəkilləri – 5-Cİ ÇAĞIRIŞDA SONUNCU DƏFƏ TOPLAŞDILAR? – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir