Xarici işlər naziri: “Status-kvo Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməzdir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonun ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Etikxeber.az

 

Read Previous

“Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsinin vaxtı uzadıldı

Read Next

Millət vəkili hərbçi toyunda iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir