“Xarici İşlər nazirini tapa bilmədim…”-İLHAM ƏLİYEV XİN-İ VƏ MƏMMƏDYAROVU SƏRT TƏNQİD ETDİ

Son günlərdə hər bir məsələ barədə özüm tapşırıq verirəm. Gündə köməkçim Hikmət Hacıyevlə ən azı 10 dəfə danışıram, tapşırıq verirəm, onu elə, bunu elə…Amma Xarici İşlər nazirindən xəbər yoxdur, onu tapa bilmirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Ayın 12-də hər kəs işinin başındaydı, Baş nazir də, Müdafiə naziri də, Baş qərargah rəisi də, digərləri də…Amma Xarici İşlər nazirini tapa bilmədim…”-deyən dövlət başçısı Xarici İşlər Nazirliyindən (XİN) və nazir Elmar Məmmədyarovdan, onun fəaliyyətindən narazılığını ifadə edib.

21:21

***

Prezidentin çıxışından:

“Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, – humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar.

Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!

Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, – onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim…”. 

Etikxeber.az

Read Previous

“Qardaş Türkiyə, ən yaxın dostlarımız-Pakistan və Ukrayna hər zaman Azərbaycanın yanında olublar, biz də daim onların yanındayıq və yanında olacağıq”-MİLLƏT VƏKİLİ HƏM DƏ GECƏ BAŞ VERƏNLƏRDƏN DANIŞDI, TƏƏSSÜFÜNÜ BİLDİRDİ

Read Next

“Ermənistan bütün cəbhələrdə sarsıdılacaq, ciddi fəsadlara, uğursuzluqlara düçar ediləcək…”-MİLLƏT VƏKİLİ DÖVLƏT BAŞÇISININ SON ÇIXIŞINA MÜNASİBƏT BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir