Xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirildi-ASAP TƏRƏFİNDƏN – FOTOLAR

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması 28 May – Müstəqillik Günü ilə əlaqədar Almaniya və Türkiyədə silsilə tədbirlər keçirib.

Etikxeber.az xəbər verir ki, may ayının 25-i Almaniyanın Berlin şəhərində ASAP-ın tərəfdaşlığı, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş mədəniyyət  gecəsi keçirilib.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Almaniya nümandəliyinin üzvü Nəzrin Əliyeva, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri və İmadəddin Nəsimi irsinin araşdırıcısı, Yustus Libiq Universitetinin elmi işçisi, dosent Maykl Reynhard Hessin çıxışları dinlənilib.

Çıxışlarda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığı, 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi olduğu qeyd edilib.

Natiqlər Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının məhz bu dəyərlər əsasında, Ümummilli lider Heydər Əliyevin siyasi dühası nəticəsində öz müstəqilliyini qoruduğunu, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın region və dünyada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıblar.                                                                

Mayın 27-28-də ASAP-ın təşkilatçılığı, Türkiyənin Çorum bələdiyyəsinin dəstəyi ilə Çorum saat qülləsi meydanında və Yalova Universitetində fəal azərbaycanlı gənclər tərəfindən Azərbaycan stendi açılaraq, Müstəqillik Günü qeyd edilib.

Stenddə milli atributlarımız nümayiş olunub, gənclərimiz stendə yaxınlaşan tələbə yoldaşlarına və yerli sakinlərə Azərbaycan tarixindən, Vətən müharibəsində əldə edilən şanlı qələbədən bəhs edib, ölkəmiz haqqında onları maraqlandıran sualları cavablandırıblar.

Etikxeber.az

Read Previous

Ərdoğanın Azərbaycana işgüzar səfəri-BAŞA ÇATDI

Read Next

Bakıda havanın temperaturu 28, rayonlarda 31 dərəcəyə çatacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir