Xarici valyuta əməliyyatlarının aparılması qaydaları təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiqləyib.

Etikxeber.az  xəbər verir ki, qərar ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb. Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir. Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici valyuta vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.

Rezident və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 АBŞ dоllаrı, ay ərzində isə 10000 АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.

Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

Sənəd dekabrın 8-dən etibarən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Əliyevdən “Demokratlar İnternasionalı”nın prezidentinə: “Səfər töhfəsini verəcək” – YENİLƏNİB

Read Next

Əliyevdən Kuba səfirinə: “Azərbaycanda Kastroya böyük rəğbət bəslənilir” – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir