XATİRƏYƏ EHTİRAMDAN YARANMIŞ ƏSƏR- Akademik yazır

Sanki onunla aramızdakı məsafə xeyli uzaqdır. 
Nə qədər olmasa, 120 yaşı tamam olur və çoxdandır həyatdan gedib. 
Lakin ömrünün 87-ci ilini yaşayan bəstəkar Tofiq Bakıxanov əyləşib mənimlə üzbəüz, danışır və onun xatirələri unudulmuş bəstəkar Məmməd Nəsirbəyovu gətirib eləyir müasirim.


İndi çoxlarının adını belə bilmədiyi bu bəstəkarsa, gərək unudulmaya, gərək anıla!
O, şərəfli ömür yaşayıb, Üzeyir bəyin tələbəsi olub, Azərbaycanda musiqi təhsilinin təşkili və inkişafında dəyərli zəhmətləri olub.
İndi 120 yaşı tamam olursa, deməli 1897-ci ildə anadan olub və özünüz rahatca təsəvvür eləyə bilərsiniz ki, bəy nəslindən olan bu insanın cavanlığı təsadüf edib 1920-30-cu illərə. 
O çağlara ki, yeni sovet rejimi hər bəydə özünün örtülü bir düşmənini, mülkədarı, qolçomağı arayırdı. 
Neçələrini də nəsil-nəsil həbslərə, sürgünlərə, mühacirətlərə məruz qoydu. 
Reressiyaların müdhiş dalğası Nəsirbəyovlardan da yan keçməyib. 


Həmin səbəbdən də Məmməd Nəsirbəyov elə musiqiyə, sənətə gəldiyi vaxtlardan onu təqib edən bütün təhlükələri göz altına alıb, ehtiyatlı davranmağa, özünü çox gözə göstərməməyə çalışıb.
Yəqin elə buna görə də nisbətən az tanınıb, haqqında yazılar seyrək olub.
Dünya nisbətən düzələndən sonra da artıq alışdığı həmin sakit həyatını sürüb, vicdanla müəllimliyini eləyib, əsərlərini yazıb, qiymətini bu gün də itirməyən dərslikləri ilə xidmətini göstərib.
Tofiq Bakıxanox söyləyir ki, Azərbaycan Dövlət Konservatoriyasının binası 1940-cı ildə istifadəyə veriləndə həmin məşhur təhsil ocağının nəzdindəki 10 illik musiqi məktəbində oxuyurmuş. Tez-tez görürmüş ki, səliqəli geyimli, yaraşıqlı bir adam Üzyir bəyin ikinci mərtəbədəki kabinetinə gəlir. 


Üzeyir bəyi evlərində tez-tez gördüyündən, atası tanınmış musiqiçi olduğundan Tofiq musiqiçilərə tanışlıq verib münasibət qurmaqda çəkinən deyilmiş.
Elə atasının da tövsiyyəsi bu imiş ki, “hesab elə hər biri sənən əmindir, yaxınlaş, sözünü de, bilmədiyini soruş”.
Bir gün Tofiq dəflərlə rastlaşdığı, tanımaya-tanımaya salam verdiyi həmin şəxsdən xəbər alır ki, siz də burada müəllimsinizmi?
Cavab alır ki, müəllim olmağına müəlliməm, amma burada dərs demirəm. Mən konservatoriyanı təzəcə bitirmişəm, bəstəkarlıq fakultəsində oxumuşam, müəllimim də Üzeyir bəy olub. Gəlib-gedirəm ona görə ki, məsləhətlərinə ehtiyacım çoxdur”.
Bu, cavan bəstəkar Məmməd Nəsirbəyov idi.


Və çox keçmir ki, musiqi təhsilini və sənətdəki yolunu skripkaçı kimi başlamış Tofuq Bakıxanov həmin tanışlığın davamı olaraq Məmməd Nəsirbəyivun skripka üçün əsərini də ifa edir.
Onillər sonra isə xatirəyə ehtiram əlaməti olaraq artıq üzünün skripka və simfonik orkestr üçün yazdığı əsərini Məmməd Nəsirbəyovun unutmadığı işqlı adına ithaf edir.

Rafael HÜSEYNOV,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

ATƏT-in Minsk qrupu həmsədrlərindən ciddi münasibət gözləyirik – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Arka sokaklar”-ın “Zeynəb”lə “Murat”ı 6 ildən sonra yenidən evlənilər- ÖVLADLARI MURATAN ÜÇÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir