Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İtaliyanın “Yuventus” klubu almaniyalı futbolçu Sami Xedira ilə yeni müqavilə bağlayıb.
Etikxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu daha iki il “Yuventus” klubunun şərəfini qoruyacaq.
Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.
Sami Xedira 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir.
Bu illər ərzində futbolçu üç dəfə İtaliya A Seriyasını (2016-2018-ci), həmin illərdə İtaliya kubokunu və İtaliya Super kubokunun qazanıb. Ümumilikdə isə yarımmüdafiəçi “qoca sinyora”nın heyətində 113 oyunda meydana çıxıb, 20 dəfə fərqlənib və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Etikxeber.az