Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün baş verən atışmalarda ölənlərlə bağlı başsağlığı verib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.
“Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik” – deyə, qeyd edib.
Etikxeber.az





