Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan hökuməti UNESCO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O, deyib: “2017-ci ildə Azərbaycan Respublikasının UNESCO–ya üzvlüyünün 25 illiyi qeyd olunur. Bu illər ərzində Azərbaycan və UNESCO arasında sıx əməkdaşlıq qurulub, UNESCO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib.
Multikulturalizmin dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə UNESCO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir.
Qeyd olunanları və hazırda UNESCO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti UNESCO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışan, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın UNESCO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və UNESCO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq.
UNESCO-nun baş direktorunun seçilməsini üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında UNESCO-nun Baş Assambleyası 2017-ci ilin oktyabr-noyabr aylarında həyata keçirəcək”.
Etikxeber.az