XİN Cənubi Osetiyadakı “seçkilər və referendumla” əlaqədar bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Etikxeber.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.

Etikxeber.az

Read Previous

“Şəhid valideynləri 1 il öncəki kimi yenə vüqarlı idilər…” – AKADEMİK – FOTOLAR

Read Next

Bu gün Bakı Şopinq Festivalına İçərişəhərdən start veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir