XİN-dən bu dəfə Fransaya-ETİRAZ…

Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur.

Azərbaycan Xarici İşlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.

Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən “aksiya” təşkil olunub.

“Aksiya” zamanı Səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:

“Fransadakı fanatik ermənilər Azərbaycanın Fransadakı səfirliyinin binasına hücum ediblər. Qoy barbar ermənilər Emanuel Makronun tərəfində qalsınlar. Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”.

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, 26 yaşlı və Tərtərin sentyabr Şəhidi-MƏFTUN ƏHMƏDZADƏ…-FOTOLAR

Read Next

“Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur”-QAFAROVADAN DA PELOSİYƏ ETİRAZ GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir