XİN-dən Zatulinə kəskin etiraz…

Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatdır.

Etikxeber.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev K.Zatulinin Yerevanda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, göründüyü kimi, Ermənistan və erməni lobbi dairələrinin aləti olan Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi surətdə narahatlıq keçirir.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan K.Zatulinin bu mənada narahatlığı və məyusluğu daha da artmalı olacaq:

“Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyükmiqyaslı yeni layihələrimiz və təşəbbüslərimiz var”.

Etikxeber.az

Read Previous

Putin: “Potensial təcavüzkardan da güclüyük…”

Read Next

AZAL iki futbolçu ilə yollarını ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir