XİN-dən Azərbaycan vətəndaşlarına İrana səfər etməmək barədə-ÇAĞIRIŞ

Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.

Xarici İşlər Nazirliyindən (XİN) Etikxeber.az-a verilən xəbərə görə, hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub-MN

Read Next

İlham Əliyevə Olimpiya Evi Mükafatı-TƏQDİM EDİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir