XİN Niderland Krallığının parlamenti tərəfindən qəbul edilmiş qətnamələrə dair-AÇIQLAMA YAYDI…

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə dair açıqlama verib.

XİN-dən Etikxeber.az-a verilən məlumata görə, açıqlamada deyilir:

“Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik.

Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.

Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.

Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər”.

Etikxeber.az

Read Previous

Yoluxmada və ölüm sayında nisbi azalma-2961 VƏ 35…

Read Next

“Vüsal noyabrın 3-də ailəsinə zəng edərək, Xocavənd ətrafında döyüşlərdə yaralandığını bildirmiş, daha sonra yaxınları ondan xəbər ala bilməmişdi…”-BƏHRUZ MƏHƏRRƏMOV BU GÜN DƏFN EDİLƏN ŞƏHİD VÜSAL QƏNBƏRLİDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir