XİN-nin Konsulluq İdarəsinin sabiq rəisi-EV DUSTAQLIĞINA BURAXILDI…

Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb. 

Etikxeber.az-ın “E-mehkeme.gov.az”a istinadən məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib. 

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Seçki sistemi ilə bağlı internet-olimpiada-KEÇİRİLDİ – FOTOLAR

Read Next

“Çalışmalıyıq ki, beynəlxalq ictimaiyyyətə bu faktları sistemləşdirilmiş və ermənilərin işğalçı siyasətini tam ortaya çıxaran, aydın şəkildə təqdim edək…”-ZAİD NƏHMƏTOV – FOTOLAR – MÜSAHİBƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir