“XİN Qarabağ ətrafında məskunlaşdırılan ermənilərə də müraciət etməlidir ki…” – POLİTOLOQ

“Azərbaycan Prezidenti İlham Əliyev açıq-aşkar dedi ki, biz torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazimizdə müharibə aparırıq və bu hüququ kimsə bizim əlimizdən ala bilməz. Bundan çıxış edərək Dağlıq Qarabağın daha böyük barıt çəlləyinə çevriləcəyini proqnozlaşdırmaq mümkündür”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, böyük müharibə başlamasa belə, keçmişdəki mövcud atəşkəs dövrü bitib, lokal toqquşmalar ermənilərin itkilərini artırır.

“Bu o deməkdir ki, Dağlıq Qarabağ ətrafında işğalçının bütün postları və hərəkət edən texniki vasitələri daima vurulacaq. Hətta, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında məskunlaşdırılan ermənilərə də müraciət etməlidir ki, onların təhlükəsizliyinə təminat yoxdur. Şuşaya, Laçına və Kəlbəcərə köçürülən ermənilər necə böyük təhlükəylə üzləşdiyini anlamalıdırlar”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır”- HÜSEYNLİ

Read Next

Hansı ölkə üzvi təmiz qida məhsulları istehlakı üzrə dünyada birinci yeri tutub?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir