XİN rəsmisindən Ermənistan XİN-in 10 noyabr bəyanatını şərh etməsinə-MÜNASİBƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistan XİN 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı.

“Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, – deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir.

Etikxeber.az

Read Previous

İki qardaş, iki Qəhrəman: İkisi də İkinci Qarabağ Savaşının iştirakçısı…-MM-İN KOMİTƏ SƏDRİ QAZİ HACI MURADOVLA GÖRÜŞDÜ – FOTOLAR

Read Next

“İrəliyə baxmalıyıq-Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var”-İLHAM ƏLİYEV İNDONEZİYA VƏ BELARUSUN SƏFİRLƏRİNİN ETİMADNAMƏLƏRİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir