Xırdalan və Masazıra elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

“Azərenerji” ASC-yə məxsus 110 kilovoltluq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, fasilələr oktyabrın 10-12-də saat 11:00-dan 15:30-dək Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində olacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Etikxeber.az

Read Previous

“Azərbaycan həmişə zirvələrdə olacaq” – İLHAM ƏLİYEV – FOTO

Read Next

“Qardaşım, tarixdir, ədəbiyyatdır, elmdir…”- DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir