Xocalı bizim də yaramızdır… – SƏFİR

Dağlıq Qarabağ, Xocalı bizim də yaramızdır, bu yara sağalmayınca, biz də sizin kimi rahatlıq tapmayacağıq.

Etikxeber.az məlumat verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Xocalı soyqırımı ilə bağlı anım mərasimləri Türkiyənin demək olar ki, hər şəhərində keçirilir: “Bir millət, iki dövlət” olmaq bunu tələb edir. İşğal edilmiş torpaqlar azad edilmədikcə, evlərindən didərgin düşmüş məcburi köçkünlər geri qayıtmadıqca, bizim ağrımız keçməyəcək”. 

Səfir bildirib ki, artıq Xocalıya ədalətin vaxtı çatıb: “Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. Türkiyə hər zaman Azərbaycanın yanında dayanacaq ki, bir də belə faciə yaşanmasın, kimsə buna cəsarət etməsin”. 

Etikxeber.az

Read Previous

Məmmədyarov Cenevrəyə yola düşdü

Read Next

Prezident və birinci vitse-prezident Xocalı yürüşündə iştirak etdi – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir