Xocalı rayonunda minaya düşən Nağı İmanovun sağ ayağı topuqdan amputasiya olundu-ÜÇ QURUM BİRGƏ MƏLUMAT, XİN AÇIQLAMA YAYDI – YENİLƏNİB

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Etikxeber.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

 Qeyd edək ki, Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

***

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

Bu sözlər isə Xarici İşlər Nazirliyinin (XİN) bu gün Xocalıda baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada qeyd olunur ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb.

İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur.

Qeyri-adi humanitar fəsadları və minalanmış ərazilərin qalmasının sülh və barışıq səyləri üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Azərbaycan minaların təmizlənməsində beynəlxalq ictimaiyyətin dəstəyinə güvənir.

Etikxeber.az

Read Previous

Qar yağdı, 15 dərəcəyədək şaxta qeydə alındı-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB – (1)

Read Next

Axtarışda olan 62 nəfər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir