Xocalı şəhidləri Türkiyədə və Bolqarıstanda anılacaq

Milli Məclisin deputatları Elman Məmmədov və Sona Əliyeva Xocalı şəhidlərinin anım mərasimində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində  səfərdə olacaqlar.

Etikxeber.az xəbər verir ki, tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə  məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq.

Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək.

Eyni zamanda digər millət vəkili  Rauf Əliyev fevralın  24-də  Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək. Yığıncaqda Bolqarıstanın dövlət və özəl qurumları, KİV nümayəndələri, diplomatik korpusun rəhbərləri və diqər qonaqlar iştirak edəcəklər.

Bolqar ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılması məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən Hərbi Klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstəriləcək.
Etikxeber.az

 

Read Previous

Mehriban Əliyeva Emma Nikolsonu qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

Hacıbaba Hüseynovun 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir