Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti keçirilib.

Etikxeber.az xəbər verir ki, filarmoniya və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım konsertində dirijor, Əməkdar artist Yulizana Kuxmazovanın bədii rəhbərliyi ilə BMA-nın tələbə xoru, Beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva, Səbinə Bəylərbəyova, Əməkdar müəllim Rasimə Babayeva, solistlər İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), Orxan Hüseynli (xanəndə) Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

Konsertin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, professor Tahirə Taqubovadır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının 27-ci ildönümü haqqında” 5 fevral tarixli Sərəncamına əsasən müxtəlif səpkili anım tədbirləri keçirilir.

Etikxeber.az

Read Previous

“Yenə kimsə nefti, qazımızı ələ keçirmək istəyəcək…” – ƏLİ ƏHMƏDOV

Read Next

Xocalı qətliamından 27 il keçir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir