“Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcək” – MEHRİBAN ƏLİYEVA

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı status paylaşıb.

Etikxeber.az-ın xəbərinə görə, M.Əliyeva qeyd edib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcək:

“Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə – Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Etikxeber.az

Read Previous

“Müraciət etdiyimiz yerlərdən heç biri şəhərin tam mərkəzi deyil…” – ARİF HACILI

Read Next

“Bu mənada əlaqələr daim yüksələn xətlə inkişaf edir…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir