Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər.
Etikxeber.az məlumat verir ki, bunu vitse-spiker Bahar Muradova “Azərbaycan” qəzetinin nəşr etdirdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatında çıxışı zaman deyib.
B.Muradova bildirib ki, bu kitab çox böyük əhəmiyyət kəsb edir və tariximizin qan yaddaşını özündə əks etdirir.
Vitse-spiker qeyd edib ki, bu kitab tarixi məhkəmənin qurulması üçün mühüm bir sənəd rolunu oynayacaq:
“Bu kitab Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq imkanını genişləndirir”.
Etikxeber.az