Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin carçıları və ya həqiqətin yanında olanlar-Çaladze, Qriqoriu…-ZİYAD SƏMƏDZADƏ YAZIR – (İKİNCİ YAZI)

 20-ci ərsin Holokostu, Xatını-Xocalı!

(İKİNCİ YAZI)

Xocalıya ədalət!

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralında Milli Məclisdə geniş müzakirələr keçirildi, soyqırımının səbəbləri və nəticələri geniş müzakirə olundu və  o zaman ali qanunverici orqan fevralın 24-də  “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul edi.

BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Hər zaman Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə də nail oldu. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

 Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır.

Yeri gəlmişkən, soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Lakin Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək. 28 illik ağrı-acının, yurd nisgilinin qisas hissi o qədər dərin olacaq ki, geri gəldiklərində verdikləri dərs bütün dünyaya görk olacaq! Təbii ki, 30 ilə yaxındır torpaqlarına geri qayıtmağa can atan bir xalqın vətəndaşları üçün Vətən müharibəsi qədər müqəddəs heç nə ola bilməzdi. Məqam yetişmiş, səbir kasası dolmuş xalq isə hazır idi.

Hamı bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil.

Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza az da olsa, qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir.

Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

***
Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin carçıları və ya həqiqətin yanında olanlar…

Bəli, dünyada nə qədər ədalətsizlik, haqsızlıq yaşansa da, nə qədər həqiqətin ağzına daş basmağa çalışanlar olsa da,  ancaq vicdanını susdura bilməyənlər, bütün təhlükələrə və risqlərə rəğmən, həqiqətin yanında olanlar, həqiqət, ədalət çarçıları da yox, az deyil.

Biz bunu Xocalı soyqırımına, bütövlükdə Qarabağ münaqişəsinə münasibətdə də gördük.

Əslən Latviyadan olan tanınmış jurnalist, vaxtilə “Baltiyskoe vremya”, “Atmoda” və “Latviyas layks” qəzetlərində çalışmış Tatyana Çaladze də məhz belə vicdanlı, dürüst, haqq, ədalətpərəst insanlardan, qələm əhlindən biriydi.

Qarabağ hadisələri, xüsusilə, Xocalı hadisələrindən sonra xanım Çaladze qələmini sanki süngüyə çevirmiş, erməni faşizminə qarşı döyüşə atıılmışdı. Onun son illərdəki, yəni, 90-ci illərdən dünyasını dəyişdiyi dövrə qədər yaradıcılığı, fəaliyyəti məhz ermnəni faşizminin ifşası üzərində qurulmuşdu. O, qələmi ilə döyüşürdü.

Dəfələrlə ermənilər tərəfindən təhdidlər almasına, ölümlə hədələnməsinə baxmayaraq, o bir an olsun belə geri çəkilməmiş, əksinə, erməni faşizminin ifşasında daha da əzmkar və prinsipial olmuşdur.

O, Qarabağ hadisələrindən bəh edən  Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu (2004), Qarabağ: Onlar dürüst öldülər (rus. Карабахская Отечественная: они умирали честно) (2014) və Həmdərd (rus. Страдание) (2014) əsərlərini yazmışdır. Bunlar hər biri erməni faşizminin ifşasında, iş üzünün açılmasında tutarlı, tarixi,  canlı mənbələrdir.

Xanım Çaladzenin Azərbaycan, həqiqət naminə fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmiş, ona “Əməkdar jurnalist” fəxri adı verilmişdir.

Həmçinin, bu böyük ədalət və haqq çarçısı 2017-ci ildə dünyasını dəyişdikdən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn edilmişdir. Ruhu qarşısında baş əyirik! 

Qarabağ hadisələrinin, Xocalı soyqırımının olduğu kimi, dünyaya çatdırıımasında rolu, xidmətləri olan insanlar arasında Moldovanın sabiq Ombudsmanı Aureliya Qriqoriu da var.

Onun adını çəkməmək, qeyd etməmək ədalətsizlik, insafsızlıq olardı. Xanım Qriqoriu da Azərbaycana müsbət münasibəti ilə yanaşı, həm də hər zaman haqqın, ədalətin yanında olması, dayanması ilə seçilmiş, fərqlənmişdir. Həqiqət, ədalət naminə hətta öz həyatını təhlkükə, risq altına atmaqdan da çəkinməmişdir.

Təsadüfi deyil ki, xanım Qriqoriu Ombudsman kimi fəaliyyət göstərən zaman, konkret qeyd etməli olsaq, 4 iyul 2003-cü il tarixində Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırmışdır.

Avropa Şurasına üzv ölkələrdə hüquq aliliyi və fikir sərhədlərinin Avropa standartları” adlı konfransda Ermənistan Parlamentinin önündə Ermənistanın Qarabağa qarşı 25 ildən çoxdur ki, davam edən və Azərbaycanın 20% torpağlarını işğal altında saxlayan fəaliyyəti aqresiya adlandırmış və həmçinin bu hərəkətlərin beynəlxalq hüquqlara zidd olduğunu səsləndirmişdir.

Həmin konfransdan sonra Avropanın nüfuzlu Neurope.eu analitik resursunda “Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir” sərlövhəli məqalə yerləşdirilmiş və qeyd edilmişdir ki, “Ermənistanın paytaxtı İrəvanda keçirilən konfransda moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər”.

“O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı otelin otağından çıxa bilməyib və onun ölkədən çıxmasına mane olublar…”-deyə, sonra məqalədə qeyd olunmuşdur.

Xanım Qriqoriu həmin vaxtdan bu günə  kimi də öz haqq, ədalət mövqeyində qalmaqda, dayanmaqda, erməni faşizminin ifşası istiqmətində fəaliyyətini davam etdirməkdədir.

Təsadüfi deyil ki, xanım Qriqorunun fəaliyyəti, ədalətli mövqeyi Azərbaycan dövləti və xalqı tərəfindən də daim yüksək qiymətləndirilmişdir.

Ona “Heydər Əliyev” qızıl medalı və Milli Məclisin “Fəxri medalı” verilmişdir.

Bəli, çox sevindirici və əlamətdardır ki, dünyada Çaladze, Qriqoru kimi, fəadkar ədalət, haqq çarçıları var və onlar hər zaman təqdirə, alqışa layiqdirdlər!

(Davamı olacaq)

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

XİN Türkiyəyə vizasız səyahətlə bağlı-MƏLUMAT YAYDI

Read Next

İlham Əliyev 4 saylı DOST mərkəzinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir