Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi-ZƏRƏRSİZLƏŞDİRDİ

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

“Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır”, – MN-in məlumatında qeyd olunub.

Etikxeber.az

Read Previous

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə-NƏDƏN DANIŞDI? – FOTO

Read Next

Evin tək-subay oğlu, nəşi 61 gündən sonra torpağa tapşırılan-SƏİD ƏDİLOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir