“Xocavənd istiqamətində döyüşlərdə döyüş yoldaşlarımı-Şəhriyarla Samiri itirdim, hər ikisi də Şəhid oldular…”-HƏLƏ DƏ QAZİLİK VƏ BİR NEÇƏ MEDAL HAQQI TANINMAYAN APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI ŞAMİL XABAROV – FOTOLAR

Haqqında bəhs edəcəyim Vətən sevdalımızla, təvazökar Qazimizlə hələ aylar öncə, səhv etmirəmsə, ötən ilin noyabr ayında tanış olmuşdum…

Millətinin Vəkili olan Qənirə xanım Paşayevanın Şəhid anaları ilə növbəti görüşü zamanı onu və çox istedadlı, çox vətənpərvər rəssam həyat yoldaşını tanımışdım…

Və ötən 6 ay ərzində də telefon, vatsap üzərindən tanışlığımızı və dostluğumuzu davam etdirmişdim…

Və elə oldu ki, dünən-26 may tarixində yenidən bir araya gəldim Vətən sevdalısı Qazimizlə və onun vətənpərvər, istedadlı rəssam xanımı ilə…

Daha doğrusu, xanımı məni Göyçay rayon Gənclər Evində təşkil edilən rəsm sərgisinə dəvət etmişdi…

Rəsm sərgisi haqqında da artıq dünən yazmış, çoxlu paylaşımlar etmişəm və yaddaşımdan, yaddaşlardan çıxmayacaq, unudulmayacaq bir sərgi, bir gün idi…

Və söhbət əslən Qərbi Azərbaycanlı olan və Bakının Nərimanov rayonunun “Montin” qəsəbəsində (qəsəbənin adı deyəsən, dəyişib) yaşayan İkinci Vətən Müharibəsi iştirakçısı, iki medallı və Qazilik Haqqı hələ də tanınmayan Şamil İman oğlu Xabarovdan gedir…

Şamil 1997-ci ilin yanvar ayının 7-də sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaşdırlar…

Kiçik qardaşı Amil ondan 4 yaş kiçikdir və 2001-ci ilin yanvar ayının 21-də dünyaya göz açıb, hazırda da proqramçı işləyir…

Samilgil bir neçə il Rusiyanın Bryansk şəhərində yaşadıqdan sonra yenidən Azərbaycana, Bakıya dönüblər…

Bakıya döndükdən sonra Nərimanov rayonunda yerləşən 82 saylı məktəbdə (rus bölməsində) təhsilini davam etdirib və 2014-cü ildə orta təhsilini başa vurub…

Cüdo və sambo idman növləri ilə məşğul olan Şamil həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olsa da, maddi çətinlik üzündən ali təhsil almaq arzusunu reallaşdıra bilməyib…

2016-2017-ci illərdə isə Naxçıvan Muxtar Respublikasına Əsgərliyə, hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb, Aprel döyüşlərinin iştirakçılarından olub…

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, idman fəaliyyətini davam etdirib…

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub və sentyabrın 29-dan döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Qələbə gününə, Zəfərimizəcən döyüşlərdə olub…

Füzuli, Xocavənd, Qubadlı, Şuşa Laçın istiqamətlərində döyüşüb, vuruşub…

Oktyabr ayında Xocavənd istiqamətində qanlı döyüşlərdən birində ağır kəllə-beyin travması alıb…

Eyni zamanda, döyüş yoldaşlarından-dostlarından ikisini-Şəhriyar Qasımovu və Samir Muradovu itirib…

Hər iksi də onun gözləri qarşısında-Xocavənd istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıblar…

Şamil bu gün də hər iki Şəhidin ailəsi ilə əlaqə saxlayır, onları-hər iki Şəhidin valideynlərini tez-tez ziyarət edir…

Şamil tarixi Qələbə və Zəfərimizdən sonra Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətindəki hərbi hissəyə göndərilir…

Və dekabr ayının 23-də səhhətində ciddi problem yarandığı üçün əvvəlcə Füzulinin Əhmədbəyli kəndindəki hospitala, sonra-dekabrın 24-də Bakıdakı hospitala göndərilir, əməliyyat olunur…

2021-ci ilin 12 yanvar tarixində isə təxris olunur, evinə-ailəsinə dönür…

2021-ci ilin avqust ayında da əslən Göyçayın Bığır kəndindən olan ali təhsilli rəssam Elminaz xanımla ailə həyatı qurur…

2022-ci ilin aprel ayının 20-də isə Hüseyn adlı övladları dünyaya gəlir…

Şamil İkinci Vətən Müharibəsindən sonra iki medalla-“Laçının azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Hansı ki, daha çox medalı, Şuşanın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları HAQQ edir və HAQQINI da almalıdır!

Eyni zamanda, ağır kəllə-beyin travması alsa da, Şamil HAQQI olan əlillik dərəcəsini ala bilməyib…

Çox təəssüflər və əfsuslar olsun…

Üzücü və qəbuledilməz bir durumdur!

Şamil hazırda özəl klinikalardan birində çalışır…

Bəli, Şamillə həm dünən, həm də bu gün bir arada oldum…

Onunla daha yaxından tanışlıq imkanı qazandım…

Söhbətləşdim, hal-əhvallaşdım…

Onunla da, ailəsi ilə də tanışlığımdan çox razı və mənun qaldım…

Həm özü əsl Vətən sevdalısır, əsl Vətənpərvərdir, təmənnasızdır, təvazökardır, həm də çox istedadlı olan gənc rəssam xanımı…

Və hər ikisinin də, gənc Azərbaycan ailəsinin də hərtərəfli dəstəyə ehtiyacı var…

Və onlardan bu dəstək əsirgənməməlidir!

Allah qorusun-Qazimizi, həm də onun vətənpərvər, gənc rəssam xanımını və gözəl balasını!

Böyük Yaradan Yar və Yardımçıları olsun!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Göyçay-Bığır-Göyçay-Bakı, 26-27 may 2023-cü il

Etikxeber.az

Read Previous

İlham Əliyev yenidən Kəlbəcər və Laçında-AÇILIŞ VƏ TƏMƏLATMALARDA – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İlham Əliyevdən Müstəqillik Günü münasibətilə-PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir