Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kanadanın mərkəzi hissəsində gənc xokkeyçilər komandasının avtobusunun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb.
Etikxeber.az xəbər verir ki, “Globe and Mail” nəşrinin Krallıq polisinə istinadla yaydığı məlumata görə, avtobusda 28 nəfər olub. Onlardan 14-ü həyatını itirib, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Üç nəfərin vəziyyəti ağırdır.
“Humboldt Broncos” xokkey komandasının avtobusu cümə günü axşam saatlarında Saskaçevan vilayətinin avtomobil yollarından birində qəzaya uğrayıb. Avtobusun digər avtomobillə toqquşduğu bildirilir.
Kanadanın Baş naziri Castin Trüdo həlak olan gənc xokkeyçilərin yaxınlarına və qohumlarına başsağlığı verib.
Etikxeber.az