Xorvat gənc Türk bayrağına hücum etdi: TUTULDU, BƏLƏDİYYƏ BAŞQANI İSƏ ÜZR İSTƏDİ

Dakovoda düzənlənən Uluslararası Folklor Festivalında xorvat əsilli bir gənc Türkiyədən qatılan folklor nümayəndə heyətinin kortej keçişi sırasında Türk bayrağına hücum edib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hücumun ardından bayrağı daşıyan gənc öncə nəyə uğradığını şaşırıb, ancaq daha sonra xorvat gəncin əlindən bayrağı almağı bacarıb.

Hücumun  ardından xorvat gəncin polis tərəfindan gözaltına alındığı məlum olub.

Yetkililər hücum edən şəxsin aşırı alkollu-içkili olduğunu açıqlayıb.

Türk bayrağına edilən bu çirkin hücumun ardından Türkiyədən gələn folklor ekibinin festivaldan ayrılmaq istədiyi, ancaq Dakovo Bələdiyyəsi Başqanı Marin Mandariçin həm Türk xalqından, həm də Türkiyə Cümhuriyyətindən üzr dilədiyi məlum olub.

Etikxeber.az

Read Previous

Türkan Şoray “Cushing Sindromu”na yaxalandı və ƏMƏLİYYAT OLUNDU

Read Next

ABŞ-ın Missisipi ştatında hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı: AZI 16 ÖLÜ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir