Xorvatiya da Quaydonu tanıdı…

Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin bəyanatına əsasən, ölkə Xuan Quaydonu Venesuelanın prezidenti kimi tanıyır.

Etikxeber.az-ın xəbərinə görə, beləliklə Xorvatiya Avropa İttifaqının (Aİ) digər ölkələrinə qoşularaq müxalifət liderini müvəqqəti dövlət başçısı kimi qəbul edir.

Rəsmi Zaqreb Venesuelada baş verən zorakılığı pisləyir və yaranmış vəziyyətin sülh yolu ilə həlli üçün azad demokratik seçkilərin keçirilməsini zəruri sayır.

Xatırladaq ki, Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi Aİ-nin 19 ölkəsi – İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Hollandiya, Fransa, Macarıstan, Avstriya, Bolqarıstan, Finlandiya, Belçika, Luksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa və İsveç tanıyıb.

Etikxeber.az

Read Previous

Reus Dortmund şəhərinin ən yaxşı idmançısı seçildi

Read Next

“Dağıdıcılara qarşı” qanun olacaq …

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir